=R.Turançı= Şimali Azərbaycanda real olan vəziyyət haqqında hörmətli hüquqşünas geniş öz fikirlərini oxucularla bölüşür.
İLYAS İSMAYILOV KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏN DANIŞDI:"Məmurların gəlir və xərcləri haqda deklarasiya verməsi təmin edilməlidir" - MÜSAHİBƏ
Azərbaycanda korrupsiyanın miqyasının hədsiz geniş olduğu və ona qarşı effektli mübarizəyə başlamağın vacibliyi təkcə beynəlxalq təşkilatlar tərəfindən deyil, elə hakimiyyətin özü tərəfindən də etiraf olunan gerçəklikdir. Ancaq bu gerçəkliyi dəyişmək üçün hakimiyyətin atdığı addımlar yetərli sayılmır, nətcə etibariləsə, ölkənin beynəlxalq imici ciddi şəkildə zəifləyir.
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov d