Quran Qiyamət günündə hansı formada zahir olacaq və kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Cavab: Hədisi qüdsidə Əbu Cəfər (əleyhissalam) buyurur: Ey Səd Quranı öyrənin.
Çünki qiyamət günü Quran gözəl bir surətdə zahir olacaqdır. Allah
Qurana xitab edərək buyurur: Ey Mənim yer üzündəki höccətim, Mənim sadiq
və natiq kəlamım, Məndən istə əta, edim şəfaət et, şəfaətini qəbul
edim. Quran deyər: Pərvərdigara, camaatdan bəziləri məni möhtərəm sayır,
məni hifz edir və məndə olan hökmləri zay etmirdilər. Lakin başqa bir
qrup isə mənə ehtiramsızlıq edir, məni təhqir və təkzib edirdi, halbuki
mən Sənin bütün məxluqatına höccət idim.
Allah buyurar: And olsun Öz
izzət və cəlalıma, bu gün sənin xatirinə ən yaxşı savabları o kəslərə
verəcəyəm ki, sənin hökmlərinə riayət etmişlər. Həmçinin ən pis cəzanı o
kəslərə verəcəyəm ki, sənə qarşı hörmətsizlik etmişlər. Sonra Həzrət
buyurdu: Bu zaman bizim şiələrimizdən bir nəfər irəli gələr, Quran onun
barəsində Allaha belə ərz edər: Pərvərdigara, bu Sənin bəndəndir, Sən
onun əməllərinə daha agahsan. Bu şəxs tamamilə mənə qulaq asırdı. Hər nə
deyirdimsə onu dost tutur, hər şeyi pis təqdim edirdimsə duşmən
tuturdu. Sonra Allah tərəfindən belə xitab gələr: Mənim bu bəndəmi
behiştə daxil edib behiştin gözəl libaslarını ona geyindirin, başına tac
qoyun.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев