Dedilər yaz Əlidən, bəlkə şəfaət tapasan,
Mən dedim yazmaq, üçün, gərək cəsarət tapasan.
Əlidən yazmaq hər insana şərəfdir bilirəm,
Baxasan bir Ona, bir özvə xəcalət tapasan.
*******************************
Əli bir kəsdi Onun, nuru əzəldən var olub,
Əli bir kəsdi Ona, Həzrəti Zəhra yar olub.
Əlidən dərs alıb, hər kim ki, şərafət istəyib,
Əli təqvalılara daima bir meyyar olub.
*******************************
Əli rəhmətdi və nemətdi bütün aləm üçün,
Əlinin hər sözü höccətdi, bəni-adəm üçün.
Əlinin, Xaliqə aşiqliyi dillərdə gəzir,
Əli qəlbin qapısın, açmadı naməhrəm üçün.
*******************************
Eyni nurdan yaranıb, Əhməd ilə, birdi Əli,
Xanım Zəhra kimi, gizli qalan, sirdi Əli.
Ona b