Ariflərdən birinə dedilər: Filankəs havada uçur. Arif dedi: Bu ki, hünər deyil. Nə olsun, milçək də havada uçur. Dedilər: Bəs o biri haqqında nə deyirsiniz? O suyun üstündə hərəkət edir. Arif dedi: Bu da bir şey deyil. Bir çubuq da suyun üstündə hərəkət edir. Dedilər: Bəs sizin nəzərinizə görə hünər nədir? Arif dedi: İnsanların arasında yaşayasan, amma heç kəsi acı sözlə sancmayasan. Yalan danışmayasan, hiyləgərlik etməyəsən, heç kəsdən sui-istifadə etməyəsən, heç kəsi incitməyəsən. Bax, bunlar insanın hünəridir!)