-Cənab həkim, ağır xəstə var, özünüzü çatdırın. -Gəlirəm –deyib həkim tələsik yola düşdü. Həkimi xəstəxanada ağır xəstənin atası qınaqla qarşıladı: -Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz?! Öz oğlunuz olsaydı belə edərdinizmi?! Cərrah gülümsədi: -Mənə xəbər çatan kimi tələsik gəlmişəm. Bir də unutmayın ki, həyat və ölüm Allahın əlindədir. Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat iki saat çəkdi. Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanından sakitcə ötüb-keçdi. Ardınca köməkçi həkim çıxdı. Ataya "oğlunuz yaşayacaq” – dedi. Ata bir an sevindi. Sonra yenə qəzəblənib dedi: -Cərrah pis adamdır. Nə olardı çıxanda mənə xoş xəbər verəydi?! Köməkçi həkim cavab verdi: -Cərrahın oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz onu dəfn mərasimindən çağırdıq. O gözəl insandır. Oğlunun dəfn mərasimi başa çatmamış sizin oğlunuzu xilas etmək üçün xəstəxanaya gəldi..
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев