Yamanca sakitlik çöküb içimə,
Elə bil dünyanın içində yoxam.
Sükut nəfəsini çəkib içimə,
Elə bil düyanın içində yoxam.
Bir sazın üzülmüş qırıq teliyəm,
Bir əsən küləyin xəfif yeliyəm,
Ötən bir yağışın kəsən seliyəm,
Elə bil dünyanın içində yoxam.
Şirin bir nağılam, bitmişəm daha,
Yolçuyam, mənzilə yetmişəm daha,
Sanki, bu dünyadan getmişəm daha,
Elə bil dünyanın içində yoxam.
Yuxuyam, bir gözdə, qarmaqarışıq,
Fikirəm, bir sözdə, qarmaqarışıq,
Dalğayam, dənizdə, qarmaqarışıq,
Elə bil dünyanın içində yoxam.
Bir gözün süzülüb axan yaşıyam,
Bir dağın ovulub qopan daşıyam,
Nə olsun ömrümün yol yoldaşıyam?
Elə bil dünyanın içində yoxam..
M-?
SƏNSİZ
OLANDA DA
SƏNİNLƏYƏM
MƏN...
Rəsmin gözlərimə həkk olunubdu,
Gözümə bir tək sən görünübsən...
Ürəyim səninlə tən bölünübdü,
Sənsiz olanda da səninləyəm mən...
Qəlbimin dünyasısan,həm tacsan,
Göz ağlarsa gözlərimdə sən yaşsan...
Düşünəndə beynimdəki yaddaşsan,
Sənsiz olanda da səninləyəm mən...
Sən məni özümdən ancaq alansan,
Mənim vücudumda hər an qalansan...
İnan ki,varlığımda yenə sənsən,
Sənsiz olanda da səninləyəm mən...
Y.B.Z...
Не теряйте людей, хоть на свете их много, Ведь потом тех, кто Нужен, в толпе не найти. И бессмысленна в жизни любая дорога, Если вы в одиночку решили идти...