Müsalman Biriliyi Hərəakatının Respublika ictimaiyyətinə,
Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi, İnsan-hüquqları təşkilatlarına və diplomatik korpuslarına
Müraciəti:
Hörmətli vətəndaşlar, möhtərəm təşkilat təmsilçiləri! Son günlər qərəzli şəkildə hərəkatımız ətrafında başladılan qara piar kampaniyası ilə bağlı bir neçə məqamı bəyan etməyi vacib sayırıq.
Bildiririk ki, MBH sivil və qanunlar çərçivəsinə fəaliyyət göstərən təşkilatdı. Biz öz əsasnaməmizi və başqa bütün sənədlərimizi məhz Azərbaycan qanunvericiliyi çərçivəsində hazırlamışıq, qeydiyyat üçün də müvafiq dövlət strukturuna təqdim eləmişik. Öz əməli fəaliyyətimizdə də qanunun aliliyinə sadiqik və bu yoldan bütün təxribatlar
"Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif etmək istəyirlər"«Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcək»İlahiyyatçı, «Müsəlman Birliyi Hərəkatı»nın (MBH) sədri Tale Bağırzadə AzadlıqRadiosuna müsahibəsində son günlər onlara qarşı səsləndirilən ittihamlara münasibət bildirib. Bəzi yerli kütləvi informasiya vasitələrində bu təşkilatın «radikal İslamçı» olduğunu, xaricdən maliyyə dəstəyi alaraq ölkədə qarışıqlıq yaratmaq istədiyini iddia edən fikirlər səslənir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ANS TV-yə müsahibəsində bu təşkilatın rəsmi qeydiyyatının olmamasını önə çəkib və onların hər