"Bir kişinin avtomobil qezasında həlak olmuş həyat yoldaşına yazdığı məktub"
Məzarının baş ucunda oturmuşam... Çoxdan oturmuşam. Soyuqdur. Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin. Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu. Çox sevinirdin-çünki ilk dəfə idi sənə ʺgəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya saldın, paltarını dəyişdin. Mən isə qışqırdım: ʺTez ol! Yoxsa çəkməyəcəm”. Bu sevinci də sənə çox gördüm. Gözlərin doldu. Vecimə də olmadı. Şəklini çəkdim. Sən bilmədin niyə. Sadəcə gülümsədin-axı şəkil çəkən