Quran surələri haqqında bunları bilirkmi? TAHAİmam Sadiq (ə) buyurub: “Taha” surəsini oxumaqdan əlçəkməyin. Allah bu surəni və bu surəni oxuyan şəxsisevir. Kim “Taha” surəsini daima oxusa Qiyamət günüəməl dəftəri sağ əlinə verilər, elədiyi günahlar haqqındasual olunmaz və razı olduğu qədər on savab verilər”.
Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha e`tibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar.