Azərbaycan yeni hərbi helikopterlər əldə edib
https://youtu.be/5eCsterTM98
Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ilə əlaqədar iyunun 26-da keçiriləcək hərbi paradda ABŞ istehsalı yeni Bell-412 helikopterlərini nümayiş etdiriləcək.
OxuAz xəbər verir ki, bununla bağlı “İnterfaks-Azərbaycan” hərbi mənbəyə istinadla məlumat yayıb.
“Bell-412 helikopterləri artıq silahlanmaya daxil edilib. Onlar hərbi paradda nümayiş etdiriləcək”, - mənbə bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan ordusunun silahlanmasına daxil olan və Rusiya istehsalı olmayan ilk helikopterlərdir.
“Bell-412 ilə yanaşı, paradda Mi-24, Mi24G, Mi-35M, Mi-17 və Ka-27 helikopterləri də nümayiş olunacaq”, - o