bunu oxutun
Dəstəmaz və torpağa səcdə. Şiələr Əhli Sünnəni tənqid edirlər ki, dəstamaz alanda biz ayaqlara məsh çəkmirik, əvəzinə yuyuruq. Əslində Qurana nəzər salsaq orada məhz ayaqları yumaq əmrini görərik. Bunu Əhli-beytdən gələn rəvayyətlərdə təsdiqləyir.Buna görə məhz onların öz mötəbər kitablarında olan hədisləri gətirməyi daha münasib saydıq.
1. Əs-Səqafi və Təbərsi öz kitablarında qeyd edirlər ki, Əli (r. a) Məhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstamazın necə alınmasını əmr edərək deyir: “Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun.Çünki,mən Peyğəmbər (s.a.s)-i bu cür dəstamaz alan gördüm”. (Əs-Səqafi, “Ğarat” kitabı, cild 1, səh. 244 -245: Təbərsi, “Müstədr