Dayan ey qılıncdan nəfisi iti
Sənin gücün varsa, mənim ahım var
Yediyin irin-qan, sənə mülk verir
Eşit, mənim qeyrətimdən bir qəsirim var.
Sən ey yetimi--yoxsulu sökən
Bil, nə qədər küçədə, leş sökən it var
Gəlib--gedənlərin o, leşə deyil
Leş sökən itlərə nifrətləri var
Özgə zəhmətinə var-dövlət, işrət
Hər gün qiz--gəlninə bir hədiyyən var
Bir kişi olaraq, düşündünmü heç
Qizin geyən donda, özgə əli var ?!
Qaldır başını sən, bir bax ətrafa
Əlləri halaldan üzülənlər var
Səhər axşama dək, qan-təri töküb
Yavan çörəyədə, möhtac olan var..
Yedikcə doymursan, yetim malından
İnsaf et, onların dərdi -- səri var
Kimsəsiz zavallı hardan bilsin ki
Onun zəhmətinə, hərəmxanan var
Yediyin balana qən