Ps: Ayətullah Xameneinin bu cəsarətli çıxışı zamani ABŞ və sionizmə
xidmet eden ölkələrin nümayəndələri salonu tərk etdilər və bu onların
qəzəbini göstərirdi.
Çıxışın mətni:
Bizim müstəqil, dünya imperializminin
istəklərinə etinasız millətlər və dövlətlərə sözümüz budur ki, həmin
güclərdən qorxmasınlar və öz millətlərinə etimad göstərsinlər.
Bizim inqilabımız dünyanın istismarçı sisteminin rədd olunmasını özü
üçün hələ də böyük missiya sayır... Bu gün dünya praktiki olaraq
dünyanın böyük və istismarçı gücləri arasında bölüşdürülüb, onlar
özlərini dünyanın sahibi sayırlar.
Başqa sözlə, dünya istismarçı və
istismar edilən olmaqla iki hissəyə bölünüb. Birinci hissə özünü ikinci
hissənin taleyinə sahib sayır. İmperialist sistem bu iki hissə arasında
qeyri-bərabər rabitədən ibarətdir.
Müstəbid güclər öz istəkləri ilə inqilabları inkar edir, inqilabçı rejimlərə problem yaradırlar.
Nikaraqua, cənubi Afrikanın inqilabçı ölkələri canlı misallardır.
İmperialist güclər millətlərin iradəsinin əksinə olaraq onların əvəzində
qərar çıxarırlar. Məzlum Fələstin kamil nümunədir. Başqa bir nümunə
Əfqanıstanı göstərə bilərik.
İmperializm dəyərlərlə, məfhumlarla oynayır, onları öz mənafeyinə uyğun dəyişir, məqsədə çatmaq üçün bütün imkanlarını işə salır. Terrorizm və insan haqları alətə çevrilmiş
məfhumlardandır.
İmperializm onu qəzəbləndirən ölkələrə birbaşa təcavüz edir. ABŞ-ın Liviya və Qranadaya hücumu nümunə göstərilə bilər.
İmperializm bütün dünya, bütün xalqların əvəzində qərar çıxarır. Bunun
yaxın keçmişdəki nümunəsi Herosimadır. ABŞ prezidenti bu gün də öz
sələflərinin dəhşətli addımı ilə öyünür. Dəlilləri budur ki, əgər biz
neçə min nəfəri öldürməsəydik, dünyada bundan da artıq insan qətlə
yetirilə bilərdi!! Beləcə ABŞ bu işini dünyaya canıyananlıq adı ilə onun
başına qaxınc edir.
Dünya imperializmi İsrail və CAR kimi faşist
və irqçi rejimləri himayə edir, onları silahlı və qana batmış əlləri ilə
məzlum xalqların üstünə göndərir. Livan müsəlmanları sionistlərin
təcavüzkar cinayətləri qarşısında səbr və dözümlə dayanıb. Cənubi
Afrikanın ön xətdə dayanan ölkələri başqa bir nümunə ola bilər.
İmperializm sistemi özünə haqq verir ki, beynəlxalq təşkilatlara təzyiq
göstərsin. ABŞ-ın hazırda təhlükəsizlik şurası və UNESCO-ya təzyiqləri
bir nümunədir. İmperializm müstəmləkəçilərin mənafeyini mütləq sayır və
başqalarının mənafelərini ayaq altına alır. Fars körfəzində ABŞ hərbi
gəmilərinin üzməsi böyük təhlükə yaradan hadisədir. Onlar məntəqə
ölkələrinin mənafeyini nəzərə almadan ABŞ-ın mənafeləri yolunda bu
addımı atıblar... İmperialist sistem dünya miqyasında təbliğatı ələ
alıb, bu təbliğat sayəsində həqiqətləri tərsinə göstərir, təxribatları
bəşəriyyətə xidmət kimi təqdim edir, dünyada özünə qarşı ictimai fikirə
yolları bağlayır.
Bizim üçüncü dünya ölkələrinə, onların
xalqlarına, eləcə də dövlətləri imperializmə işləyən xalqa sözümüz budur
ki, dünya hazırkı vəziyyətə bundan artıq dözməməlidir. Böyük güclər və
dövlətlərə hamı tərəfindən deyilməlidir: Evinizdə oturun, dünyanı dünya
xalqlarına tapşırın! Siz onların qəyyumu deyilsiniz!
BMT-də iki yolverilməz ayrıseçkilik var. Biri veto hüququdur, digəri Təhlükəsizlik
Şurasına daimi üzvlük hüququ. Bu iki ayrıseçkilik aradan
qaldırılmalıdır. BMT və TŞ-ni xalqların qəlbən bağlanacağı, problemlərin
həll ediləcəyi mərkəzə çevirəcək yol yalnız budur. Əks təqdirdə TŞ
bugünki kimi etibarsız və həyata keçməyən hökmlərin çıxarıldığı yer kimi
qalacaq. Bu gün olduğu kimi millətlər düşünəcək ki, beynəlxalq
problemlərin həlli üçün yer yoxdur, irəli gemək üçün yeganə yol gücdür.
Üçüncü dünya ölkələrinə sözümüz budur ki, nəqədər ki, imperializm və
bugünki durum yerindədir, öz aralarında birliyə çalışsınlar. Güclənmək
üçün ən üstün yol budur. Dünya imperializmi gücdən başqa heç nə anlamır
və onların güc dilinə güc dilində cavab verilməlidir.
Millətlərin oyanışı, onların dünya imperializminin mahiyyət və rolunu bilməsi üçüncü
dünya ölkələrinin ən böyük dayağıdır, imperializm qarşısında iqtidar
səbəbidir. Bu dövlətlərin rəhbərlərinin öz millətlərinin qolundan güclü,
fikrindən işıqlı bir şeyi yoxdur.
Biz üçüncü dünya ölkələrinə elə bir ittifaq təklif edirik ki, bu ittifaq böyük güclərlə savaş üçündür.
Özünü müdafiə etmək, hüquqların pozulmasının qarşısını almaq üçün bu
ittifaq lazımdır. İnperializm fəsadə don geyindirən, onu dünyaya yayan
ən böyük amildir... Əxlaqi fəsad, cinsi fəsad, etiqadi fəsad... Bütün bu
fəsadlar öz əsas dayağını və yayıcısını imperialist güclərin siyasi,
iqtisadi və kəşfiyyat maraqlarında tapır... Elə bir vəziyyət yaranıb ki,
qaranlıq və acı dünyada böyük dövlətlərin öz xalqları da hədəfə
çevrilib. Əxlaqi dəyərlər məhv olub, ailə institutu zəifləyib,
narkotikaya aludəçilik genişlənib, mənəvi cazibə və əxlaq zəifləyib.
Biz öz ölkələrimizdə fəsadla ciddi mübarizəyə başlamalıyıq. Ailə
institutunu möhkəmləndirməli, ilk və əsas tərbiyə ocağını məhəbbət,
səmimiyyət, mənəviyyat ocağına çevirməliyik. Qadın hüquqları və qadın
üçün nəzərdə tutulmuş dəyərlər hifz olunmalıdır. İmperializmin uydurma
meyarları təftiş olunmalı, Qərbin qadını ləzzət vasitəsinə çevirən
istismarçı mədəniyyəti səhnədən çıxarılmalıdır. Qadın alimdir,
siyasətçidir, müdirdir, şəxsiyyətdir, hər şeydən öncə bir həyat yoldaşı
və anadır! Onun ləzzət və əyləncə vasitəsi olmasına yox deyirik!
Bəşəriyyətin yarısına həqiqi şəxsiyyətini qaytaracaq, ailəni möhkəm və
müqəddəs ocağa çevirəcək baxış budur.
Bütün bunlar bizim inqilabın şüarlarıdır. Bu mesajlar qulağından pərdəni götürən və ədalətli
mühakiməyə üz tuta bilən bütün insanlara ünvanlanıb... Vəssəlam
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 142
Ermeni kopeyi kimdir.basdarini kesin? Bunu elinde gelen rusdardi. Saksiya demisken demisken rus olmasaydi.azerbaycanlar kokumuz kesmidiler. Indi dus ruslarin ustune.niye dusmusen? Xamney aga ermenine qucaglamayib.ne bagirana basib. Birce Allahin selami el uzadib.
Gorusenmi bu siyasetdi.sen deyirsen o.beledir.mende deyirem o.eledir.uje get gede bas agridiciqdir. Yaxci olar ki.sebr et.ve Namazdarivi qil.bunlar bizlik deyil.siyaset ne qeder danishsan.muzakire qutArmaz. Allah razi olsun.Azerbaycanda neVar ne yox?