İnsan həyatında bir dəfə sevir
O ki alınmadı hey solacaqsan.
Nə qədər bir özge sevmək istəsən
Yenə ilk eşqini axtaracaqsan.
O səni unudar heç vaxt görməsə
Amma o simanı sən unutmazsan.
O sənin üzünü xatırlamasa
Sənsə şəkilləri varağlıyarsan.
Sən başa düşməzsən o səni sevmir
Bilməzsənki səni çoxdan unudub
Sənin şəklin olan çərçivələrə
İndi ailəsinin şəklini qoyub.
Bacara bilmədim mən unutmadım
Sən çalış bəlkədə sən unudarsan
O necəki səni tək qoyub gedib
Səndə onu heç vaxt xatırlamazsan.
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb,