dəlillər vardır. Onlar iddia edirlər ki, biz həm Qurana, həm də hədislərə tabe olmalıyıq. Bu yalnış dəlillərə Qurana uyğun cavab verərək, “və” bağlayıcısının mənasının necə dəyişdirildiyini araşdıraq. Belə düşünülür ki, Qurandakı “və” bağlayıcısı dilimizə keçdikdə, mənası azalır və yalnızca iki müxtəlif ifadəni birləşdirmək üçün istifadə edilir. Hədislərin də vəhy olduğunu iddia edənlərin ən böyük səhfləri də bu yalnış fikirə görədir. İndi isə bir neçə nümunə göstərərək mövzunu izah edək. Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman.... (Əhzab surəsi / 36) Bu ayədə ilk başa düşülən ifadə bu şəkildədir; Ənənəvi düşüncəyə əsasən bu ayədə Allahın və Rəsulunun ayrı-ayrılıqda hökm etdiyi bildirilir. Yəni Allah hökm verə bildiyi kimi, Peyğəmbər də hökm verə bilər. Çünki arada “və” bağlayıcısı vardır. Həm Allah hökm verir, həm də Allahın Rəsulu.
ƏNƏNƏVI DÜŞÜNCƏDƏ OLAN (SƏHV) BUDUR.
Allahın və Onun Elçisinin haram buyurduğu.... (Tövbə surəsi / 29) Bu ayədən isə belə başa düşülür; Allahın elçisi Allahdan müstəqil şəkildə hər hansı bir şeyi haram edə bilər. Çünki burada Allahın və Onun Rəsulunun haram etdiyi deyil, iki ayrı söz ifadə edilmiş və bunlar “və bağlayıcısı ilə bağlanmışdır. “Sizə Kitab və hikmət verdikdən sonra”.... (Ali İmran surəsi / 81) Bu ayədən də belə aydın olur ki, Allah Peyğəmbərə iki ayrı şey, Kitab və hikmət vermişdir. Bu zaman da Kitab Qurandır, hikmət isə hədis və sünnə.
İDDİALAR BU ŞƏKİLDƏDİR. İNDİ İSƏ BUNLARI CAVABLANDIRAQ.
Mövzunu riyazi üsulla izah edək. Əgər A və B deyiriksə, bu zaman A və B-nin fərqli şeylər olduğunu anlayırıq. Ümumi olaraq, bir şey “və” bağlayıcısı ilə başqa bir şeyə bağlanmışsa, demək ki, bunlar bir-birindən fərqlənir. Bəs ərəb dilində hər zaman belədirmi? Xeyir! Ənənəvi düşüncə bu mövzunu da həqiqətdən uzaqlaşdırır. Çox vaxt A və B dedikdə, B, A-nın bir hissəsi olur. Quranla bunu izah edək.
Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki... (Ənfal surəsi / 60)
Müsəlmanlara ayrı-ayrılıqda qüvvətli və döyüş atları hazırlamaq əmr edilməyib. Sırf arada “və” bağlayıcısı var deyə, döyüş atlarını qüvvədən kənar bir şey olaraq qəbul etmirik, əksinə, döyüş atlarının qüvvətin əhəmiyyətli bir hissəsi olduğu açıq aşkardır.
Rəbbimiz Tövbə surəsinin 1-ci ayəsində belə buyurub:
Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır. (Tövbə surəsi / 1)
Ayədən də aydın olur ki, Allah və elçisi ayrı-ayrılıqda xəbərdarlıq etmir, Peyğəmbər Allahdan aldığı xəbərdarlığı müşriklərə çatdırır. Digər Quran ayələrində də “və” bağlayıcısı “Allah və Rəsulu” ifadəsində bu mənada işlənmişdir. Bu məlumatlarla əvvəldə yazdığımız ayələri bir daha nəzərdən keçirək. Bir çox Quran ayəsində olan Allaha və Rəsula itaət, Allahın və Rəsulun hökm etməsi, Allahın və Rəsulun haram etməsi ifadələri bir-birindən fərqli şeydirmi?
Əgər bu cür anlasaq Nisa surəəsinin 150-ci ayəsində bildirilən Allah ilə Elçilərinin arasını ayırmaq istəyənlərdən olarıqmı? Allaha itaət etmək və Rəsula itaət etmək eyni şeydir. Çünki Rəsul elçi deməkdir və Elçi yalnızca təbliğ edər. Qarşımızda Allahın əmrlərinə, yəni Qurana tabe olmağa çağıran bir Elçi var. Allaha itaət edin, yəni Elçisinə itaət edin, yəni Elçinin gətirdiyi Qurana tabe olun. Bunların hamısı eyni mənanı verir. Allahın və Rəsulunun hökm etməsi də eyni şeydir. Allahın hökmlərinə tabe olun, yəni Elçisinin hökmlərinə, yəni Elçinin gətirdiyi Quranın hökmlərinə tabe olun. Quranda Elçiyə itaət vardır. Elçinin də Qurana itaəti vardır. Siz Qurana tabe olduqda, onsuz da Elçiyə itaət edəcəksiniz. Allah heç kimi Özünə ortaq etməz. Ayədə Elçi də “mən yalnızca mənə vəhy edilənə tabeyəm” deyib. Allahın və Rəsulunun haram etməsi də eynidir. Allahın haram etdiklərini haram olaraq qəbul edin, yəni Elçinin haram etdiklərini, yəni Elçinin gətirdiyi Quranın haram etdiklərini haram olaraq qəbul edin. Burada “Allaha tabe olun/itaət edin” ümumi ifadədir. Biz ümumi olaraq Allaha itaət edirik, Allahın hökmlərinə tabe oluruq, Allahın haram etdiklərinini haram olaraq qəbul edirik. Xüsusilə də Peyğəmbərin həmin an təbliğ etdiyi ayəyə itaət edir, həmin an təbliğ etdiyi hökmə tabe olur və həmin an haram edilən şeyi haram qəbul edirik.
Ona görə də “və” bağlayıcısını düzgün başa düşsək Allah və Rəsulunun arasını ayırmarıq. Eyni şəkildə Kitab və hikmət kəlməsi də fərqli mənalar ifadə etmir. Bu ifadə Hikmətli Kitab mənasını verir. Çünki Quranın bir çox ayəsində hikmətin Quranda olduğu bildirilir.
Bəhs etdiyimiz bu səhv anlayış yalnızca “və” bağlayıcısının yalnış başa düşülməsinə görə deyil. Bunun əsas iki səbəbi vardır;
1) Quranın nə dediyini başa düşmək əvəzinə, inanılan fikri qəbul etdirmək üçün Qurandan dəlil gətirməyə çalışmaq.
2) Bununla əlaqəli olaraq da Quranı bütöv şəkildə başa düşməmək, yəni ayələri mənalarından qopararaq hökm çıxartmağa çalışmaq.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев