Bugün elə bil ki tanımır məni
Bugün elə bil ki tanımır məni
Dünən adam bilib əl verdiklərim
İlişə-ilişə keçir yanımdan
Yalın ayağına nal verdiklərim
Kiminə dost dedim qəhər gətirdi
Dedim çiynimdə gəz, yəhər gətirdi
Əliylə süfrəmə zəhər gətirdi
Əlimlə ağzına bal verdiklərim
Kiminə dost oldum, kiminə ata
Dar gündə qoymadım o itə-bata
İnanmazdım məni manata sata
Ağır günlərində pul verdiklərim
Qanana çəkəsən zəhmət çəkəndə
Qanmazda itməsin bircə tikən də
Görəsən yoluma tikan əkəndə
Xəcalət çəkdimi gül verdiklərim
Heç kəs lovğalanıb şeşələnməsin
Yanan ocaqların sönən vaxtı var
Əbədi göylərdə quş da dayanmır
Quşun da göylərdən enən vaxtı var
Az ötən günləri say, Vətən oğlu
Ömürdən yadigar q