Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyovda planlaşdırılan görüşü sülh sazişini gündəmə gətirsə də, rəsmi İrəvanın açıqlamaları bu gözləntini azaldır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh sazişi üzrə şərtlərini yenidən elan edib. Bura Ermənistanın “29,8 min kvadratkilometr ərazisi”nin toxunulmazlığı, “Bakı-Xankəndi formatı”nın beynəlxalq mexanizmlərlə yaradılması, Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinə beynəlxalq təminatın verilməsi daxildir. Qriqoryan tərəflərin bu məsələlədə fikir ayrılığının olduğunu deyir. “10 noyabr razılaşmasının müddəalarına əməl olunmasını təmin etmək mümkün deyil. Azərbaycanın