Əlindən tutmaq da mənə bəs idi, Sevməyib bilmədin sevgi qədrini, Sevmək sənin üçün bir həvəs idi, Nə dost ola bildik, nə də sevgili. Bu məhəbbət nədir, heç bilirsənmi? Əzab çəkirsənmi, heç ölürsənmi? Axır ki, ayrıldıq bax görürsənmi? Nə dost ola bildik, nə də sevgili. İndi yad ellərdə məskən salmışıq, Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,Sanki bir-birimizi tanımamışıq, Nə dost ola bildik, nə də sevgili.. Mənli günlərini düşünmə anma Ağlımın ucunda gəlib dayanma Alışma boşuna alışma yanma Nə dost ola bildik, nə də sevgili.. Eşqin alovunda sevgi odunda Ömür çırağımız söndü yolunda Qovuşa bilmədik heyif sonunda Nə dost ola bildik, nə də sevgili.. Mən ki səhv demədim, söylədim düzün, Heçvaxt dinləmədin menim sözumu, Elə bu səbəbdən ay canım, gözüm, Nə dost ola bildik, nə də sevgili.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев