*_
_Təbii ki, buna birmənalı cavab vermək mümkün deyil. Çünkü intihar səbəbi şəxsə, həmin şəxsin psixoloji vəziyyətinə, yetişdiyi və hazırda olduğu mühitə və bir çox başqa səbəblərə görə dəyişə bilər. Bəs çözüm olaraq nə deyə bilərik?_
_Bizim inancımız İslam bütün zamanlarda, bütün məkanlarda, insanlığın qarşılaşacağı bütün problemlərə qüsursuz çözüm gətirən yeganə həyat sistemidir._
*_İslama görə hər şeyi yaradan qüvvə var, Allah. Və O Allah heç bir şeyi boşu boşuna yaratmayıb._*
_Kainatda hər şeyi ən gözəl yaratdığı insan üçün yaradıb. Və həyat sadəcə bu dünyadan ibarət deyil._
_Bir insan tipi düşünün, yaradan inancı yox, təsadüfən var olduğuna inanır, həyatın sadəcə bu dünyadan ibarət olduğunu düşünür. Bu insan niyə bu qədər sıxıntılarla bol olan dünyada yaşamalıdır?!_
*_Yemək üçünmü?_*
*_Qadın üçünmü?_*
*_Vəzifə və şan şöhrət üçünmü?"_*
_Madam dünyalıq dəyərlər bunlardır bunlar üçün yaşamağa və sıxıntılara qatlanmağa dəyərmi?_
_Heç bir sıxıntım yoxdur deyən birisi belə hər an sevdiklərini itirmə təhlükəsini düşünsə bu belə onu intihara aparan səbəblərdəndir. Lakin həyat nizamını həyat kitabı olan Qurandan alan insan bu dünyaya imtahan üçün gəldiyini bilər, bu imtahanlar bəzən yoxluq olar bəzən varlıq. Bütün sıxıntılara Allaha dayanaraq sinə gərməyə çalışar. Həyatın Qayəsini dərk etdiyi üçün gerçək həyatın axirət həyatı olduğunu, əsas vəzifəsinin axirətə hazırlıq olduğunu və onu yaradan və ona hər kəsdən yaxın olan Allahın ona intiharı qadağan etdiyini bildiyi üçün bu işdən uzaq durar._
_*Bəziləri etiraz edə bilər ki, məgər intihar edənlərin hamısı inancsız insanlardırmı?*_
_Təbi ki Xeyir. Lakin intihar etməkləri onların qüvvətli inanc sahibi olduqlarını da göstərməz. Qüvvətli Allah inancı və Quran bağlılığı daşıyan kimsələr həyata fərqli baxdıqları üçün qarşılaşdıqları hər sıxıntının çözümünü Quranda və yeriyən Quran olan Peyğəmbərdə taparlar._
_Maddi sıxıntınmı var, xəstəliyinmi var, *Eyub Peyğəmbər* mal və can sağlığı daxil dünyalıq olan hər şeyini itirdi._
_Haqsız yerə zülümmü gördün, *Yusuf Peyğəmbərə* bax._
_Sevdiklərinimi itirdin, *Muhammed Peyğəmbər* yetim olaraq böyüdü, 7 uşağından 6 sını özü dəfn etdi._
_Amma imanın verdiyi hüzur və Allah sevgisi ilə ayaqda qaldılar, insanları haqqa və xeyrə dəvət etdilər. Qısacası şüurlu insanı həyata bağlayan yeganə bağ sağlam Allah və axirət inancıdır, imanın dadıdır. Axirət inancı sağlam fitrətin tələbidir. Düzdür insanı intihara aparan başqa səbəblər də var. Lakin bütün hallarda gəncliyimizin məhv olmasının altında yatan əsas səbəb mənəvi boşluqdur. Bunda isə gənclərimizin həqiqi İslamı tanımasının və imanın dadını almasının önündə əngəl olanlar günahkardılar._
_*Ömər Mansuroğlu*_
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев