Bir dostum ola. Mən qəmli oland həmdəmim ola, Dərdimi biləndə gözləri dola. Mənimlə birlikdə dirçələ,sola, Məni candan sevən bir dostum ola. İstəmişəm güləm,deyəm,danışam, Hərdən bir incidəm,küsəm,barışam. Bir az naz eyləyib,sonra yanaşam, Məni bağışlayan bir dostum ola. Bircə baxışımdan anlaya məni, Arada görməyə dumanı,çəni. Güldürə qoymaya yaxına qəmi, Məni başa düşən,bir dostum ola. Dostluğun işığı yana,sönməyə, Əbədi yaşaya heç vaxt ölməyə. Xəyanət,paxıllıq,nifrət bilməyə, Tanrının verdiyi can dostum ola.......