Dövrümüzün məşhur İslam alimlərindən birinin tələbəlik illərində baş vermiş belə bir hadisə nəql edirlər:
Həmin alim tələbəlik illərinin birində xəstələnmişdi. Onu Bağdad xəstəxanasına aparırlar. Ona daim məsihi tibb bacısı qulluq edirmiş. Həmin tibb bacısı çox gözəl olduğundan daim diqqət mərkəzində olur. Lakin o, hər dəfə alimə qulluq etməyə gələndə bir dəfə də olsun ona tərəf baxmadığına diqqət edir.
Axır bir gün tibb bacısı dözməyib alimdən soruşur:"Məgər mən gözəl deyiləm ki, mənə mənə baxmırsan?"
Alim isə cavabında deyir: "Mənim bir gözəlim var. Əgər mən sənə diqqət eləsəm qorxuram o mənə baxmaz.
- Kimdir ki o? - deyə tibb bacısı soruşur.
- Yeri və göyü, bütün canlı və cansız varlıqları Yaradan, bütün yaratdıqlarının qədrini bilən yeganə və tək Allah - deyə alim cavab verib.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев