Bəzən özüm düşünürəm,
Niyə bu günə düşmüsəm?
Atmışam Vətəni,Eli
Əcnəbiyə qoşulmuşam!
Başqa eli vətən sayıb,
Vətəndən uzaq qaçmışam.
Milyonlarla yad eldəyik,
Axı niyə biz beləyik?
Şablon sözlər ,işlədirik,
"Vətənpərvərik" deyirik.
erməniyə-daşnaqlara,
Kin-kudurət bəsləyirik?!
Qıraq yerə çixan kimi,
erməniylə şərik olub,
Bir yerdəcə işləyirik.
Axı niyə biz beləyik?
Anoloqsuz dövlət deyir,
Dövlətimiz öz-özünə,
Silahına,hərbisinə,
Qarşı dura bilməz kimsə?!
Deyən yoxdu bir bəri bax,
Tapdaq altdadı Qarabağ!!!
Qaçqınlamı fəxr edirik,
Axı niyə biz beləyik?
Yaxşılığı unuduruq,
Bizə arxa-dayaq duran,
Bir millətə kəm baxırıq!
Düşmənlərlə dostluq edən,
Milyonlarla Azərini,
Köləliyə sürükləyən,
Bi