Millətimin qan yaddaşı
Keçilməz Vətən qayası
Düşmənimin göz dağı
Şəhidlər Xiyabanı
Sinəsinə güllə dəyən
Vətən üçün can verən
Amalindan dönməyən
Şəhidlər Xiyabani
Tarixləri yaşadan
Tüm dünyanı ağladan
Qaysağını qanadan
Şəhidlər Xiyabanı
Əli yalın sipər olan
Güllərdən qorxmayan
Yurd eşqiylə odlanan
Şəhidlər Xiyabani
Dağlarda donub ölən
Diri-diri gömülən
Min cür müsibət görən
Xocalı Qurbanları
Gül açmamış solan
Dəriləri soyulan
Qundaqda yandırılan
Xocalı Qurbanları
Göz açmamış yumulan
Ana bətnində yarılan
Süngülərə taxilan
Xocalı Qurbanları
Daha yaza bilmirəm
Göz yaşımla bunları
Arzuları puç olan
Xocalı Qurbanları
X.V