Bir gecə köz kimi düşdün
könlümə
Açılan sabahım, danım necesən?
Niyə qərib etdin məni ömrünə
Can içrə can olan, canım necəsən?
Günəşə zülm etdin gecələrə qəsd
Çəkdin aramıza yenilməyən sədd
Məni dinləmədin eyləmədin cəhd
Keçməyən, ötməyən anım
necəsən?
Hər insan üzündən gözündən
baxan
Qəm eşqi qəlbimdə yandırıb
yaxan
Ürəyim içində od kimi axan
Damarda qövr edən qanım
necəsən?
Sən mənim öz yurdum, sevda
məhbəsim
Sözümlə qəmləndi qəlbi hər kəsin
Mən səni oxudum kövrəldi səsim
Söhbətim, şöhrətim, şanım
necəsən?
Divanə könlümün nərdi dözümü
Hicrin yalan etməz sevda sözümü
Bir dillən bir danış mən də
özümü,
Dünyanın xoşbəxti
sanım,necəsən?
Düşünürəm bu dəfə səndən həqiqətən imtina etdim. Sən həyatımdan gedəli aylar oldu, bəli amma içimdə yenə də ümid vardı. Heç olmasa hələ məni az da olsa sevdiyini düşünüb, rahatlaşdırırdım özümü. Aradan çox zaman keçdi, amma yaşadığımız hər şey dünən kimi ağılımda idi, tam bir il yarım əvvəlinə qədər. Başqa birinə, başqa duyğular hiss etdiyini öyrənmək yaddaşmı itirtdirdi mənə. Unutdum səni, yaşadıqlarımızı, hər şeyi. Düşünürəm bu gün səndən həqiqətən imtina etdim. Ümid edirəm bir daha eyni səkidə ayaq izlərimiz belə rast gəlməz səninlə. Ümid edirəm bir daha eyni havanı tənəffüs etmək məcburiyyətində qalmarıq, ümid edirəm eyni mağazadan hədiyyə almarıq sevdiklərimizə. Ümid edirəm heç eyni and
i düşünüb, rahatlaşdırırdım özümü. Aradan çox zaman keçdi, amma yaşadığımız hər şey dünən kimi ağılımda idi, tam bir il yarım əvvəlinə qədər. Başqa birinə, başqa duyğular hiss etdiyini öyrənmək yaddaşmı itirtdirdi mənə. Unutdum səni, yaşadıqlarımızı, hər şeyi. Düşünürəm bu gün səndən həqiqətən imtina etdim. Ümid edirəm bir daha eyni səkidə ayaq izlərimiz belə rast gəlməz səninlə. Ümid edirəm bir daha eyni havanı tənəffüs etmək məcburiyyətində qalmarıq, ümid edirəm eyni mağazadan hədiyyə almarıq sevdiklərimizə. Ümid edirəm heç eyni anda döyünməz ürəyimiz. Səndən doğrudan imtina etdiyimi düşünürəm. Başqasına qarşı bir şeylər hiss etməyini öyrənmək, xeyli incitdi məni. Əlimdən heç bir şey gəlmi