Bax sənə bir kəlmə sözüm var qızım...
Birdə belə geyinmə damdar qızım...
Söz deyirəm sən deyinirsən niyə?
Pis cəhətinlə öyünürsən niyə?
Dar düşünüb dar giyinirsən niyə?
Söylə görüm kimdir səbəbkar qızım.
Birdə geyinmə belə damdar qızım.
Ay camahat yardım edin qandırın.
Enlisi yoxdurmu məyər bu andırın.
Saplara işgəncə verir baldırın.
İnsafa gəl olma zülümkar qızım.
Birdə geyinmə belə damdar qızım.
Çılpaq olursan sən neçə yüz dollara.
Düşmə belə tərbiyyəsiz yollara.
Baxma dükanlardakı pis mallara.
Sən geyimin yaxşısın axtar qızım.
Yoxdur sözüm qalmadı sözver mənə.
Yox yox apar bunları qaytar qızım.
Birdə belə geyinmə damdar qızım.
istəyərdim. hardasa 4 il keçib və mən bir dəfə də olsun onu görməmişəm. yuxularımda görürdüm və o yuxular o qədər real görünürdü ki, oyanmamaq istəyirdim. görmək istəyərdim yenidən, söhbət etmək, içkinin dibinə vurub dərdləşmək belə istəyərdim. niyə belə oldu, niyə alınmadı demək istəyərdim. bəlkə o yenə susardı, mən də kobud davranardım. sonra həmişəki kimi son sözü deyib gedərdi. ancaq maraqlı olardı. o hissləri yenidən hissetmək, yarım qalmış bir şeyi tamamlamaq kimi. iki dost kimi, köhnə tanış kimi. üz cizgilərini belə tam xatırlamadığım o insanın sadəcə gözlərindəki sönmüş həyatı unuda bilmirəm. bizimki alınmazdı, ancaq bir günlük xoşbəxtlik bir ömürə yetər. illər keçib, keçir, arada bi