Cavan oğlan gül dükanına daxil olub anası üçün böyük bir gül dəstəsi sifariş etdi. Anası başqa şəhərdə yaşadığı üçün gel dəstəsini onun yaşadığı ünvana yollamalarını rica etdi. Dükandan xaric olduqda kənarda əyləşib ağlayan bir qız uşağını gördü və ona yaxınlaşıb soruşdu: "Qızcığaz, niyə ağlayırsan, nəsə baş verib?!" Qız gözünün yaşını silərək cavab verdi: "Anam üçün bir dənə gül almaq istəyirdim, lakin pulum çatmır". Oğlan gülümsədi və qızın əlindən tutub "Gəl mənimlə, sənə böyük bir gül dəstəsi hazırladacam. Aparıb verərsən anana. " deyib gül dükanına daxil oldular. Qızın əlində yekə bir gül dəstəsi, üzündə təbəssüm, gözləri sevincdən parıldayan halda dükandan xaric oldu. Oğlan "balaca, is