Həmən Yaşdayam
Sənsizlik baş alıb gör gedir hara
Mən hara gedirəm , ATA, bilmirəm
Sən getdin biletim yandı qatara
Həyatın ardınca çata bilmirəm
Yapışmaq istəsəm gələn sabaha
Sənsiz dünənlərdə kəsilər əlim
Hər gün isyankaram uca Allaha
' Tövbə ' deməkdənsə yorulub dilim
Sən getdin elə bil bir gənc həyatı
Bir savaş sonrası bir şəhər kimi
Oğlunun qaçıbdı dilinin dadı
Udduğu hava da bir zəhər kimi
Sənsiz neçə dəfə ölmək istədim
Gəl ki qorxaq çıxdım , ölə bilmədim
Sən yuxularıma gəlirsən mənim
Mən məzarına da gələ bilmədim
Kimsə görməyəcək busatım ,toyum
Hər gün içim qara, hər gün yasdayam
Uzandı saqqalım, uzandı boyum
Mənsə böyümədim, həmən yaşdayam
Səni topraqla
Mərdi qova-qova namərd etdilər
Boşboğazlar qiybətimi çəkdilər
- Nəşəxordur ! , mənə çəkən dedilər
Ağlamaqdan qaralmışdı gözaltım
Sən gedəni hərədən bir söz aldım
- Müəllim oğlu bandaya da qurşanıb ..
- Onun alıb , on birindən boşanıb ..
- Azzz,
bilirsən mi , yüz min manat borc alıb ..
Danışmadım , köksümə bir köz saldım
Sən gedəni hərədən bir söz aldım
Yıxıldınsa hər kəs dibə salandı
Əmi , dayı , xala , bibi yalandı
Cavan ömrüm yalanlardan talandı
Əyilmədim qürurumla düz qaldım
Sən gedəni hərədən bir söz aldım
Yıxılmadım , mən təməldən sağlamam
Çəlik zerhli əyilməz bir insanam
Müəllim oğlu pis olar mı heç , atam?
Boş laflarla yıprammadım öz qaldım
Sən gedəni gücüm üstə döz aldım
İsmayıl