Amma bu bir müddət olur, sonra isə... Hər insan “son”da bir daha heç kimi belə sevməyəcəyəm, heç kimə belə vurulmayacağam kimi fikirləşir vəbelə kəskin “bəyanatlar” yayır. Xüsusən qızlar şişmiş gözləri ilə əlində yaylıq sevidyinin arxasınca ağlayan zaman ən çox işlətdikləri ifadələrdəndir. “Hə, bilirəm...Əminəm, bütün gün kefdədir... Allah bilir, kimlərlə gəzir... Bəlkə də çoxdan birini sevir artıq... məni unudub...” Bunlar yeni ayrılan qadının başında fırlanan fikirlərdir. Əslində isə çox vaxt elə ilk və tez unudan qadınlar olur. Qadınların fikrinə görə, ayrılıq zamanı ancaq onlar pis olur, ancaq onlar yas tutur və bu ancaq qadınlar xas xüsusiyyətdir. Amm bilmirlər ki, kişilər də bitmiş sevginin ardından təsirlənir və qəmlənirlər. Üstəlik də tərk edən qadındırsa, onda əzabları daha artıq olur. Hamının ağlına gəlir: niyə? 1. Kişilər ayrılanda özlərini yalnız və müdafiəsiz hiss edir... Hadisəyə qadın tərəfindən baxsaq, qadın hadisəni ən incə detalına kimi rəfiqəsinə danışır. Qadın kişinin ayrılıq hekayəsini kiminləsə bölüşməməyini qarşı tərəf üçün əhəmiyyətli olmadığı ilə əlaqələndirir. Əslində isə kişilərin qadınlar qədər danışmamalarının tək səbəbi həddindən artıq məyus olduqları və danışmağın onlar üçün daha da çətin olmasıdır. Qadınlar dostları ilə danışdıqca özlərini tək hiss etmir və özlərini daha tez ovundura bilir, daha tez özlərinə gəlirlər. Sevgililəri isə... “Heç pis olmadım da... nə idi dözmüşəm bu vaxta kimi ona...” deyə danışıb güclü olduqlarını sübut etməyə çalışırlar. Lakin bu vəziyyət onları daha da çətin psixoloji vəziyyətə salır. 2. Kişilər özlərini də aldadır... Kişilər əzab çəkdiklərini, dünən yanında olan sevgilisi üçün dəli kimi darıxdığını və onsuz qalmağın nə qədər çətin olduрunu bilsələr də, qəbul etmək istəmirlər. özlərini ayrılıqdan təsirlənmədiklərinə inandırmağa çalışır. Bunu büruzə verməsələr də bu dərd onlara daxilən çox ağır təsir göstərir və əzabları artır gün- gündən azalmaq yerinə... 3. Qadınlar isə bir müddət sonra başqası ilə görüşür... Artıq yas bitib. çəkilməsi lazım olan ayrılıq acısı başa çatıb... Qadın səbr edir və onun bir müddət sonra onun geri dönməyini gözləyir. Dönmürsə, artıq yeni bir həyata başlamaq vaxtıdır - deyə düşünür. Çünki sevilmək və arzu edilmək onların yaralı qəlblərini sağaltmaq üçün kifayət edir. Hətta daha da irəli gedir, keçmişin üstündən elə qalın xətt çəkir ki, heç keçmişi bir daha yada belə salmırlar. Baxmayaraq ki, bir vaxtlar həmin insanı dəli kimi sevsələrdə... Nə qədər böyük sevgi yaşamış olsalar da... unuda bilirlər. Ancaq kişilər duyğularının tamamilə külə dönmədiyini görmədikcə, yeni münasibətlərə başlamağı düşünmürlər də. Hətta bütün bunları artıq geridə qoyduqlarını düşünsələr də, yeni sevgililərini hər zaman əvvəlki ilə müqayisə edirlər. Bu da onu göstərir ki, keçmişi unutmaq üçün hələ çox vaxt lazım olacaq. Deməli kişilərin xoşbəxt olması bir qədər çətin məsələdir. 4. Qadın ən çox "ayrılsaq nə olar?" kimi fikirləşir... Hər qadın münasibətləri problemsiz davam etsə belə “birdən ayrılsaq...” sualını çox düşünürlər. Beləliklə də özünü əvvəlcədən bir ayrılığa hazırlayır. Lakin kişilər bu vəziyyəti ancaq bir problem olanda ağıllarına gətirdikləri üçün, ayrılığa hazır olmur və mənəvi cəhətdən çox ciddi yaralar alırlar. Onların mənəvi sarsıntısı isə düşündüyümüzdən də çətin olur.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев