İmam Rza (ə.s) buyurub:
Hər kim Məni evimin və məzarımın uzaq olmasına baxmayaraq, ziyarət edərsə, qiyamət günü üç yerdə onun yanına gedərəm ki, onu həmin günün qorxusundan və çətinliklərindən xilas edim.
Əməl namələri sağdan və soldan yüksəldiyi zaman, sirat körpüsündən keçdiyi zaman, əməllərin ölçüldüyü zaman.
(Vəsailuş-şiə, cild 10, səh 433.)
Cüməniz mübarək olsun!
İmam Zamana (ə.f) təvəssül duası:
Allahım, Sənin vəlin və höccətin Sahibəz-Zamana (ə.f) xatir bütün işlərimdə Onun vasitəsilə mənə yardım et. Əziyyət verən, tüğyan edən və ədalətsiz rəftar edən hər bir kəsin şiddətindən, məni Onun vasitəsilə qurtarsan. Çəkdiyim zəhmətlərdə Onun vasitəsilə mənə kömək edəsən. Onun vasitəsilə bütün düşmənləri, borcları, qəm və kədəri məndən, övladımdan, bütün əhlimdən, qardaşlarımdan, mənə önəmli olan və mənə məxsus olan şəxslərdən uzaqlaşdırasan. Amin ey aləmlərin Rəbbi.
O (ə.f) bir Cümə mütləq gələcək!
Bəziləri yaxşı əməllər edir. Amma haramla üz-üzə gələndə də, haramdan çəkinmirlər. Bu cür əməllərin nəticəsi yoxdur.
Həzrət Seyyidul-urəfa Əllamə Qazi Təbatəbai (r)
"Fi məhzəril-arifin" (teleqram)
"Heç vaxt səni Allaha yaxınlaşdıran insanlardan əl çəkmə.Onların həyatında olması bu mənadadır ki, yəni Allahın hələ də sənə nəzəri var".
Şəhid Cihad Muğniyə
Həzrəti Peyğəmbər (s.ə.v.s )buyurur:
"Cənnətdəkilərin bir dəstəsi, bir qrup cəhənnəm əhlinə baxaraq deyər: Biz sizlərin tərbiyə və tə'limlərinizin bərəkətindən cənnətə gəldik. Necə oldu ki, sizin özünüz cəhənnəmə düşdünüz? Deyərlər: Biz yaxşı işlər görməyi əmr etsək də, özümüz ona əməl etmədik."
Məkarimul-Əxlaq, c.2, səh.364, hədis 2661.
AĞLIN KAMİLLƏŞMƏSİNİN NİŞANƏSİ
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
إِذَا تَمَّ الْعَقْلُ نَقَصَ الْکَلاَمُ
"Ağıl kamilləşən zaman danışıq azalar".
Ağlın kamilləşməsi ilə az danışmaq arasındakı bağlılıq ondan məlum olur ki, əvvəla, ağıl (əql) sözünün leksik mənası "qarşısını almaq"dır._
Dəvənin ayağının bağlanıldığı ipə də ərəbcə ona görə "uqal" deyilir ki, dəvənin hərəkətinin qarşısını alır.
Düşünülüb danışılan sözlər az, düşünülmədən danışılan sözlər isə çox olduğu üçün ağıl öz sahibinə deyir ki, çox düşün, az danış.
İkincisi, deyilməsi lazım olan sözlər lazımsız sözlərlə müqayisədə azlıq təşkil edir. Buna görə də ağıllı insanlar adətən susmağa üstünlük verirlər.
Üçünc