Bir gün Əzrail (ə) gəlir İbrahim Xəlilullahın (ə) yanına deyir:
Ey Allahın dostu! Məni Allah göndərib, gəlmişəm sənin canını almağa. İbrahim (ə) cavab verir.
Heç dost, dostun canını alar?
Əzrail (ə) görür ki, bu suala cavab verə bilməyəcək, qayıdır Allah məhzərinə deyir.
Ya Rəbbim Ibrahim (ə) deyir . Heç dost dostun canını alar?
Allahdan nida gəlir.
Ey Əzrail (ə) Get dostum İbrahimə de.
Heç dost dostun görüşündən imtina edər?