Qadınları sevin. Üstündən yemək qoxusu gələnləri, makiyaj üçün zamanı olmayanları deyirəm, sevin. Bazarlığını edib, əziyyətini çəkib, yemək bişirən, sonra sənin bir kəlimə "çox dadlı düşüb" sözünə əriyən qadınlardan danışıram, onları sevin. Sən yemisənmi ana soruşsan, "məni iyi tutdu" deyən qadınları deyirəm, sevin. Bir sorğu aparılmış. "Uşaq doğularkən, öləcəyinizi bilsəniz o uşağı yenə də doğarsınızmı?" Kişilər; yox qadınım yaşasın, qadınlarsa uşağım yaşasın demiş, qadınları sevin. Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə "bunu qızıma cehiz qoşaram" deyən qadınları deyirəm, sevin. Kişilərin iş rejimi dəyişməz. 9 da başlayar, 7 civarında bitər. Nə gecəsi, nə də gü