AY DAĞLAR
Dedim, cavab verdin bəlkə,
Harayıma hay, ay dağlar.
Çox gəzmişəm qərib ölkə,
Yoxdur sənə tay, ay dağlar!
Sənsiz dərdim düzüm-düzüm,
Gülmür üzüm, gülmür gözüm,
Həsrətinə yoxdur dözüm,
Dərdlərim çox, say, ay dağlar!
Yenə səndə yaz-bahardı,
Ayrılığın qəlbim sardı,
Sözlərimi necə vardı,
Sən ellərə yay, ay dağlar!
Nemətindən, öz barından,
Əzəmətli vüqarından,
Quzeydəki buz-qarından,
Göndər mənə, pay, ay dağlar!
Qanad açan qartal olum,
Zirvələrə gedib qonum,
Gəlib sənə mehman olum,
Çəkim elə qıy, ay dağlar!
Yenə hüsnün görüb Sədi,
Kövrələrək qəribsədi.
Qərib eldə, qərib Sədi,
Salıb yenə haray dağlar!
09.08.2017
Mənzərə Başkeçid (Dmanisi) rayonu, (Gürcüstan) uzaqdan görünən əzəmə