Bir nəfərin televizoru xarab olur və təmir üçün evə
usta çağırılır. Usta təmir üçün televizorun arxasını
açdıqda qəribə bir mənzərənin şahidi olur.
Televizorun arxası çörək qırıntıları ilə dolu idi və
nasazlıq da qırıntılarla bağlı idi. Evdə isə ata-
anadan başqa 4 yaşlı qız da yaşayırdı və
valideynlər ondan şübhələnirlər. Fikirləşirlər ki, bu
işi qızcığazdan başqa heç kim edə bilməz. Haqqını
alan televizor ustası gedəndən sonra valideynlər
qızlarından məsələni soruşurlar. Qız əvvəl boynuna
almaq istəmir, sonra isə hönkür-hönkür ağlamağa
başlayır. Məlum olur ki, uşaq ekranda ac uşaqları
gördükcə mətbəxdən çörəkləri gətirir və televizorun
arxasındakı dəliklərdən içəri atırmış...