Предыдущая публикация
Əcəl şərbətini içən qardaşım.
Ömrünün iyirmi altı yaşında,
Vaxtsız bu dünyadan köçən qardaşım..
Evin tək oğluydu doğulan zaman,
Getdi sındı ümid, sarsıldı güman,
Qaranlıq məzara tələsdi yaman,
Yenidən təkliyi seçən qardaşım..
İlahi, gerçəkmi yoxsa yuxumu,
Qoydu gözü yaşlı dostu, qohumu,
Əkdi qəlbimizdə kədər toxumu,
Sevinci əliylə biçən qardaşım..
Qələm qan ağlayır yazdıqca şeir,
Yoxluğu qəddimi beləcə əyir,
''Bu evdə mərd oğul yaşardı''-deyir,
Hər bir küçəmizdən keçən, qardaşım..
Ramin Əhmədoğlu...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 5