S. Iravanlı
"Sevirəm" sözünü kəlmələrinlə ,
Sinəmin üstünə yaz sətir-sətir.
Çevir düzüm-düzüm inciyə,zərə,
Sonra da boynuma düz,sətir-sətir.
T. Cəfərli
Nə gözəl yazmısan a gözəl sona..
Ruhumu oxşadı söz sətir-sətir.
Tutdu əllərindən azad xəyalım
Gəzdi dərə-təpə, düz sətir-sətir..
S. İravanlı
Mənə vüsal gətir,səadət gətir,
Xoş arzular gətir,xoş niyyət gətir.
Gətir qurban olum,məhəbbət gətir,
Yazılsın eşqimə söz sətir-sətir.
T. Cəfərli
Qəlbimə əsmisən.küləklər kimi
Yuxuma gəlmisən mələklər kimi.
Bəzənib durmusan çiçəklər kimi.
Yağır sözlərindən naz sətir-sətir.
S. İravanlı
Gəl öz Südabəni oxşa,əzizlə,
Qoru yad nəzərdən,qoynunda gizlə.
Alışdır köksümdə bir şirin sözlə,
Alov sətir-sətir.köz sətir sətir.
T, Cəfərli
Özündə elimin özünün ətri,
Yaşıl çəməninin, düzünün ətri.
Toxundu Talehə sözünün ətri.
Açdı biz tərəfdə yaz sətir-sətir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 75
qisin dehsetleri yaz icindedir
enisde yoxus var yoxusda enis
en boyuk atesde buz icindedir
aglayim sevinim seninle gulum
Durmuşam enişin asdanasında.
Əzrail ömrümə qonaq gəlibdi.
Bir mələk donunda, yar libasında.
sevende duz yolu secesen gerek
mehebbet korpudu omur yolunda
sevende duz yolu secesen gerek
Alsın qoy canımı bir qara gözlü.
Tapsın ünvanımı bir şirin sözlü .
Deyiləm dünyanın təmənnasında.
Həə dayoğlu ?))
herden esiri azad ederler
burax cixib getsin aman gunudu
ay mamoglu delilik olmaz axi bu qeder