Deməli, bir azərbaycanlı yol gedəndə görür bir restoranın üstünə yazılıb ki, "Nə qədər istəyirsiz, yeyin-için, əylənin - hesabı nəvəniz ödəyər". Kişi sevinir, tez girir içəri yer tutur. Ofisiantı çağırıb menyuda nə varsa, sifariş verir.
Soruşur ki, rəqqasə var, deyirlər var...
Gəlsin ee...
Atəşfəşanlıq?
O da var...
Partladın!
Yeyib-içəndən, əylənəndən sonra ofisiant qardaşa uzun bir hesab gətirir. Kişi dəli olur. Deyir, bu nədi, bəs girişdə "şotu nəvəniz verəcək" yazılıb axı?
Ofisiant qayıdır ki, orası elədi, bu babanızın şotudu...
İndi, qardaşlar və bacılar, övladlarımızın çörəyindən, təhsilindən, gələcəyindən kəsilən pullarla keçirilən Avropa oyunlarına nə qədər istəyirsiz, sevinin. Ürəyin