Vahid Aslan:
Kənd adamları
Bir az geniş atar addımlarını,
Bir az da başını torpağa əyər;
Əlləri belində çarpaz dayanar,
Nimdaş pencəyini külək yelləyər,..
Cığırlar tən gələr ayaqlarına,
Düşər arxasınca şəkil kölgəsi.
Bulaq nəğməsi tək süzülüb gedər,
Hərdən dodağında pıçıltı səsi.
Hərdən papağını başından alar,
Pencəyin ucuyla silər tərini;
Arada daş üstdə bir az oturar,
Yollarla bölüşər dərdi-sərini.
Hərdən də boylanar lap uzaqlara,
Dağları görüncə gözü sevinər.
Dərd nədi,.. hamısı çıxar yadından,
Daha nə sıxılar, nə də deyinər;
Dağları görüncə inamı artar,
Daha da sərt atar addımlarını;
Mən belə görmüşəm kəndi bir zaman,
Belə tanımışam adamlarını.
30.04.17.
Sənin olsun
...
Bağım-bərəkətim, çəmənim-çölüm,..
Nəyim
var, razıyam, səninlə bölüm.
Sən adda
dünyam var bəsimdi, gülüm!
Hər nə
istəyirsən qoy sənin olsun!
Köksüm təbiəti
qucmaq dəlisi,
Bulaqlar
oxusa,.. susmaq dəlisi;
Körpə
duyğuların uçmaq dəlisi,
Yerlər mənə
qalsın, göy sənin olsun!
Əzabdan,
həsrətdən, ağrıdan gələn,
Ulduzlu
göylərin bağrından gələn,
Mənim ürəyimə
tanrıdan gələn
Məhəbbət
adında pay, sənin olsun!
07.08.16.
Türkün yolu – Turan yolu Qoca Türküm! Ulu Türküm! Buludları yarıb keçən Bozqurdumun yolu - Türküm! Sən göylərdən enib gələn – Göy Tanrısan! Cəsarətlə, ucalıqla tən yarısan! Özün olanda məğrur...
VAHİD ASLAN:
Gir internetə
Vaxtın çoxdu,
Gir internetə.
İşsizsən,
İşin yoxdu,
Gir internetə.
Xəstəsi
olduğunu
Gizləmə,
Gir internetə.
Nə görüşə
getmə,
Nə kimsənin
Yolunu gözləmə,
Gir internetə.
Subaysan,
Qız axtarırsan,
Gir internetə.
Burada
Ərə getməyin
Yolu asan,
Gir internetə.
Həyatdakı
Dostluqlardan
çıxmısan,
Gir internetə.
Saxta dostlardan
Çoxmu layk
yığmısan,..
Gir internetə.
Kitablara
nifrətin var,
Gir internetə.
Gördün ki,
Gözlərindən
Qaçaq düşüb
yuxular,
Gir internetə.
Başım dumanlıdı
Deyib,
ağlama,
Gir internetə.
Onsuz da
işsizsən,
Səhərdən
axşama
Gir internetə...
04.07.16.