1. Bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Biz bilirik ki, sizə necə salam vermək lazımdır. Ancaq sizə salavat göndərmək necə olmalıdır?". Həzrət Peyğəmbər (s) buyurur: "De: Allahummə salli alə Muhəmmədin və Ali- Muhəmməd". (Tirmizi, cild 5, səh. 359). 2. İbni Həcər nəql edir ki, o Həzrət (s) buyurmuşdur: "Heç vaxt mənə naqis salavat göndərməyin". Soruşur: "Naqis salavat nədir?". Buyurur: "Allahummə salli alə Muhəmməd" deyəsizin, amma davamını deməyəsiniz. Yəni deməyəsiniz: "Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd"". ("Əlsəvaiqil-məhrəqə" səh. 225). 3. İmam Şafei deyir: "Ey Rəsulallahın Əhli-beyti! Sizə məhəbbət göstərmək Allah tərəfindən Quranda vacib buyurulmuşdur. Sizin məqamın əzəmətinə görə, hər kim sizə salavat göndərməsə, namazı yoxdur deməkdir. (yəni namazı qəbul olmaz)". Belə ki, Şafei və Hənbəli məzhəbinə görə, salavatda "Ali-Muhəmməd (s)" kəlməsinin zikr edilməsi vacibdir. Beləliklə deyə bilərik ki, Həzrət Peyğəmbərin (s) göstərişinə görə, salavat göndərən zaman "Ali- Muhəmməd" kəlməsini də işlətmək vacibdir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев