Vəhhabilərin fətvası. Heyvan şəklinə bürünmüş cinlərin ətini yemək halaldır. Muhamməd əz-Zuğbi Misirin və ümumilikdə ərəb dünyasının məşhur vəhhabi (sələfi) alimlərin- dən və dəvətçilərindən biri hesab edilən və hətta tərəf- tarlarının “əsədus-sünnə”, yəni “sünnənin aslanı” adlandırdıqları Muham- məd əz-Zuğbi əti yeyilən bir heyvanın (məsələn, inəyin və ya camışın) surətinə büründükləri təq- dirdə şeytan və cinlərin ətinin yeyilməsinin caiz olduğunu iddia edib. 2 Muhəmməd əz-Zuğbinin bunun üçün gətirdiyi dəlilə diqqət yetirdikdə vəhhabi alimlərinin dini mətnləri nə qədər səthi başa düşdüklərinin şahidi oluruq. Zuğbi öz fikrinə Həzrət Peyğəmbərin (s.ə.s.) “Dəvə şeytanlardan yaranmışdır” hədisini dəlil gətirir. Onun sözun dən belə çıxır ki, dəvələr şeytanlardan əmələ gəlmişdir. Halbuki istər əhli-sünnə, istərsə də di- gər İslam məzhəblərinin alimləri bu kimi hədis- ləri heç vaxt zahiri mənada qəbul etməyiblər. Ərəb cəmiyyətində zərərli, pis xislətli, hiyləgər, sərt təbiətli və hətta çox böyük cüssəyə malik olan canlılara məcazi mənada “şeytan” deyilmiş- dir. Peyğəmbərimiz də bu mənada dəvənin bu halını bildirmək üçün belə demişdir. Hətta Pey- ğəmbərimiz sərt təbiətli olduqları üçün bədəviləri “əshabul-ibl” (dəvə əhli) adlandırmışdır.4 Hədisin zahiri mənada qəbul edilməsi Qurani-Kərimə də ziddir. Çünki, Qurana görə cinlər oddan yaradılıb. Şeytan da cinlərdən olduğu üçün o da oddan yaradılıb. 3 Muhyiddin ən-Nəvəvi, əl-Məcmu: Şərhul- Muhəzzəb, Beyrut: Darul-fikr, tarixsiz, c.3, səh. 161 4 Buxari, “Bədul-xalq”, 15, Müslim, “İman”, 85
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев