Neyləmisən (qezel) - Sənə çox can dedim ey can,can olub neyləmisən,
Demə canan özünə canan olub neyləmisən.
Getmisən daima biganəni şad eyləmisən
Aşiqin həsrət ilə viran olub neyləmisən,
Demə imkanım olanda səni yad eyləyərəm,
O qədər fürsət olub,imkan olub neyləmisən,
Dərmanım olsa da səndə!!!!!! Ölərəm!! istəmərəm
Səndə hər dərdimə hər dərmanım olub, neyləmisən,
Bir dəfə mehmanım oldun azı min dəfə dedin,
Mənə guya ki,gəlib mehman olub neyləmisən.