valiyikal farac.
-------------------------------------Böyuk
Gunahlar.
--------------İmam Kazim (əleyhissalam)
buyurur: Əmr ibni Übeyd İmam Sadiq
(əleyhissalamın) hüzuruna gəlib
salam verdi və bu ayəni oxudu:
---------------------------- ﻭَﺍﻟَّﺬِﻳﻦَ ﻳَﺠْﺘَﻨِﺒُﻮﻥَ
ﻛَﺒﺎﺋِﺮَ ﺍﻻْﺛْﻢِ ﻭَﺍﻟْﻔَﻮﺍﺣِﺶَ
-------------«Yaxşı insanlar böyük
günahlardan və çirkin əməllərdən
qorunmalıdırlar». Sonra sükut edib
ayənin davamını oxumadı. İmam ona
buyurdu: Nə üçün sükut etdin?
-------------------O dedi: Qur’anda bu
günahların sayını bilmək istəyirəm.
İmam buyurdu: Bəli, ey Əmr (eşit):
---------------1. Ən böyük günah Allaha
şərik qoşmaqdır. Ona görə Allah-təala
buyurmuşdur:
«Hər kəs Allaha şərik qoşsa Allah
behişti ona haram edər.»
-----------2. Ondan sonra Allahın
rəhmətindən ümidsiz olmaq ən böyük
günahlardan sayılır:
Necə ki, Allah-təala buyurmuşdur:
«Kafirlərdən başqa heç bir kəs Allahın
rəhmətindən ümidsiz olmaz.»
-----------3. Allahın rəhmətindən
ümidsizlikdən sonra ən böyük günah
insanın həmişə Allahın əzabından
amanda olacağını güman etməsidir.
(İnsan həm Allahın rəhmətinə ümidli
olmalı, həm də Allahın əzabından
qafil olmamalıdır). Allah-təala
Qur’anda buyurur:
«Yalnız ziyana uğrayanlar, Allahın
məkrindən amanda qalacaqlarına
inanarlar».
--------------4. Böyük günahlardan biri
də ata və ananın üzünə ağ olmaqdır:
Elə bu səbəbdən Allah-təala ata-
anasına əziyyət verən şəxsi güclü,
lakin bədbəxt bir insan kimi
tanıtdırır.
------------5. Adam öldürmək; (İstisna
olunmuş hallardan başqa). Allah-
təala buyurur:
«Hər kəs bir mö’mini qəsdən öldürsə,
cəzası cəhənnəm olacaq və orada
əbədi qalacaq. Allah ona qəzəb
edəcək, lə’nətləyəcək və onun üçün
ağır əzab hazırlayacaqdır.»
-----------6. İffətli bir qadını zinakar
kimi qələmə vermək. Allah-təala
buyurur:
«Zinanı ağıla belə gətirməyən ismətli
qadınları zinada ittiham edən
kimsələr, dünyada və axirətdə lə’nətə
gəlmişlər».
---------7. Yetimlərin malını yemək:
Qur’anda belə şəxslərin haqqında
oxuyuruq:
«Yetimlərin malını haqsızlıqla
yeyənlər yalnız qarınlarına od
doldurar və tezliklə cəhənnəm
atəşində yanacaqlar».
----------8. Cihad (din yolunda
müharibə) cəbhəsindən qaçmaq. Belə
ki, Allah-təala buyurur:
«Bir tərəfə çəkilib təkrar döyüşmək,
yaxud (başqa bir) dəstəyə qoşulmaq
məqsədilə yox, sadəcə qorxudan
geriyə çəkilənlər (cəbhədən qaçanlar)
Allahın qəzəbinə tutularlar.
Cəhənnəmdir onların yerləri və ora
necə də pis yerdir!»
-----------9. Faiz yemək. (sələmçi olmaq)
Bu barədə Allah-təala buyurur:
«Faiz yeyənlər (sələmçilər) məhşər
ayağında şeytanın toxunub yerə
yıxdığı adamın qalxdığı kimi ayağa
qalxarlar».
-------------10. Sehr və cadu etmək.
Qur’anda sehr haqqında belə
oxuyuruq:
«Onlar bilirdilər ki, onu (cadunu) alan
şəxsə Qiyamət günü heç bir mənfəət
çatmayacaq.»
-----------11. Zina. Belə ki, Allah-təala
buyurmuşdur:
«Hər kəs bunu (zinanı) etsə, o,
günaha batmış olur. Qiyamət günü
bu cür şəxsin əzabı qat-qat artar və
cəhənnəm içində alçalaraq əbədi
olaraq qalar».
----------12. Günah üçün yalandan and
içmək. Rəbbimiz buyurur:
«Allah ilə olan əhdlərini və andlarını
ucuz bir qiymətə satan şəxslərə axirət
ne’mətlərindən heç bir pay yoxdur.
Allah qiyamət günündə onları
dindirməz, onlara nəzər salmaz və
onları (günahlarından) pak etməz
(təmizə çıxarmaz). Onları şiddətli bir
əzab gözləyir!»
---------------13. Müharibə zamanı
müsəlmanların ələ keçirdiyi qənimətə
xəyanət etmək. (Ona görə ki, bu
qənimət orada iştirak edən
müsəlmanların arasında
bölüşdürülməlidir.) «Ali-imran»
surəsinin 161-ci ayəsində oxuyuruq:
«Heç bir peyğəmbərə əmanətə
xəyanət etmək yaraşmaz. Əmanətə
xəyanət edən şəxs, qiyamət günü
xəyanət etdiyi şeylə (boynuna
yüklənmiş halda) gələr. Sonra isə hər
kəsə gördüyü işlərin əvəzi verilər və
onlara haqsızlıq edilməz!»
--------------14. Vacib olan zəkatı
verməkdən boyun qaçırmaq. Allah-
təala buyurur
«Cəhənnəm odunda qızaran bu qızıl-
gümüş ilə onların alnı, böyrü, beli
dağlanan gün onlara deyəcəklər:
«Özünüzə yığdığınızdan dadın!»
---------------15. Yalandan şəhadət
vermək və habelə özünün şahid
olmasını inkar etmək (yə’ni əgər bir
şəxs müəyyən bir hadisənin şahidi
olubsa, məhkəmə zamanı özünün
şahid olmasını inkar etmək). Bu
barədə Qur’anda oxuyuruq:
«Hər kəs gördüyünü (məhkəmə
zamanı) gizlətsə onun qəlbi
günahkardır».
--------16. «Ey iman gətirənlər! Şərab
(içki), qumar, bütlər, fal oxları da
şeytan əməlindən olan murdar bir
şeydir. Bunlardan çəkinin ki, bəlkə,
nicat tapasınız!» («Maidə» surəsinin
90-cı ayəsində bu mətləbə işarə
olunmuşdur.)
-----------17. Bilərəkdən Allahın
insanlara vacib etdiyi əməlləri, o
cümlədən namazı tərk etmək. Çünki
İslam Peyğəmbəri Həzrət Məhəmməd
(səlləllahu ələyhi və alihi və səlləm)
buyurur:
«Hər kəs bilərəkdən namazı tərk etsə,
Allahın və Onun Peyğəmbərinin (s)
əhd-peymanından bizar olmuşdur.»
------------18-19. Əhdə vəfa qılmamaq
və yaxın qohum-əqrəba ilə rabitəni
kəsmək. Allah-təala «Furqan»
surəsinin 25-ci ayəsində bu məsələlər
haqqında buyurur:
«Onlar (əhdə vəfa qılmayanlar və
qohumluq rabitəsini pozanlar) üçün
lə’nət olsun və onların axirətdə yeri
çox pisdir».
Bu hədisi rəvayət edən şəxs deyir:
İmam Sadiq (ə) bura çatanda Əmr ibn
Übeyd imamın sözlərinin tə’sirindən
ağlayıb nalə çəkən halda oranı tərk
etdi. Lakin gedərkən dilində bu
cümləni təkrar edirdi:
--------«Həlak olsun o şəxs ki elmi
olmadan nəzər verə; və həlak olsun o
şəxslər ki, siz imamlarla elm və
fəzilətdə üzbəüz dura» (yə’ni həlak
olsun sizin düşmənləriniz).
boyuk gunahlar 100 den coxdur bu
Ehli_Beytin {e} Qurana istinaden qeti
suretde deyilendir bizde bir qismini
qeyd etdik
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев