1. Əbu Bəsir İmam Sadiqdən (ə.) nəql edir: “...
Səmadan gələn səs Ramazan ayından başqa
ayda olmayacaq. O, Cəbrayılın camaata
ünvanlanmış müraciətidir”.
Sonra buyurdu: “Səmadan bir səs Qaimin (ə.)
adını çəkərək səslənəcək. Bu səsi bütün
camaat eşidəcək və qorxudan yuxuda olan
ayılacaq, ayaq üstə dayananlar oturacaq,
oturanlar ayağa sıçrayacaq. Həmin səsə qulaq
asaraq ona cavab verənlər Allah-taalanın
rəhmətinə daxil olacaq. Birinci səs həqiqətən
də Ruhul-əmin Cəbrayılın (ə.)
səsidir...” (“Biharul-Ənvar ”, 52/230, r.96);
2. İmam Sadiq (ə.): “... Səmadan gələn səs
Ramazan ayının iyirmi üçüncü gecəsi cümə
axşamı eşidiləcək. Onun haqqında əsla
şübhəyə düşməyin. Dinləyin və ona itaət edin.
Amma günün sonunda İblisin (l.ə.) səsi
eşidiləcək: “Ay camaat! Filankəs öldürüldü”. O,
bununla camaatı şübhəyə salmaq, aldatmaq
istəyir. Həmin gün nə qədər çaşqın və
tərəddüdlü adamlar alova doğru süqut
edəcək! Elə ki, Ramazan ayında səs eşitdiniz,
daha şəkk etməyin, o Cəbrayilin (ə.) səsidir. Və
onun əlaməti budur ki, o, Qaimin (ə.) adı və
atasının adı ilə səslənəcək. Belə ki, bu səsin
təsirilə pərdə arxasında olan qızlar bu səsi
eşidərək öz atalarını və qardaşlarını çölə
çıxmağa məcbur edəcək...” (“Biharul-Ənvar ”,
52/230, r.96);
3. İmam Sadiq (ə.): “... Qaimin (ə.) zühurundan
öncə hökmən iki səs eşidiləcək –Cəbrayılın (ə.)
səmadan gələn səsi və rəhmətdən uzaq İblisin
(l.ə.) yerdən eşidilən səsi. O, bir şəxsin adını
çəkərək deyəcək ki, o, məzlum öldürülüb.
Onun belə deməkdə məqsədi çaxnaşma
salmaqdır.
Siz birinci səsə itaət edin, ikincini tərk edin.
Olmaya İblis (l.ə.) bununla sizi aldatmış
olsun!...” (“Biharul-Ənvar ”, 52/230, r.96);
4. Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə.) nəql
edir: “... Günəş doğaraq aləmə işıq saçdığı
zaman günəşin tərəfindən açıq-aydın ərəb
dilində və yer-göydə olanların hamısının eşidə
biləcəyi şəkildə bir səs eşidiləcək: “Ey camaat!
Bu, Muhəmməd (s.) övladlarının Məhdisidir
(ə.)”. Həmin səs onu cəddi Peyğəmbərin (s.)
adı, künyəsi ilə təqdim edəcək və soyunu
İmam Həsən Əsgəridən (ə.) İmam Huseynə (ə.)
kimi sadalayacaq.
Ona beyət edin. O, insanları haqq yola hidayət
edir. Ona itaətsizlik göstərməyin. Yoxsa
yolunuzu azarsınız...” (“Biharul-Ənvar ”, 53/8,
r.1);
5. İmam Sadiq (ə.): “... Qaimin (ə.) əlini öpən ilk
varlıq mələklər, sonra cinlər, ondan sonra isə
seçilmiş insanlar olacaq. Onlar deyəcək:
“Eşitdik və itaət etdik”. Aləmdə olan bütün
eşitmə qabiliyyəti olanların hamısı həmin səsi
eşidəcək. Və şəhərli, səhralı, quruda, yaxud
dəryada olanların hamısı ona itaət edəcək.
Bəziləri də eşitdikləri səs haqda bir-birinə sual
verəcəklər.
Günəşin qürub vaxtına yaxın qərb tərəfdən
bir səs ucalar: “Ay camaat! Sizin
pərvərdigarınız Fələstində olan Yabis
dərəsindən zühur edib. O, Yezid ibn
Müaviyənin nəslindən olan Əməvi soylu Osman
ibn Ənbəsədir. Ona beyət edin ki, haqq yola
yönələsiniz. Ondan üz çevirməyin, yoxsa
yolunuzu azarsınız”.
Bunu eşidən mələklər, cinlər və seçilmiş
insanlar onu inkar edəcək, sözünü
yalanlayacaq və deyəcəklər: “Sözünü eşitdik və
ayağımızla tapdaladıq”.
Belə bir zamanda bütün şəkk-şübhə əhli,
münafiq və riyakarlar həmin səslə yollarını
azacaq...” (“Biharul-Ənvar ”, 53/8, r.1);
6. Osman ibn Səid Əmri İmam Əsgəridən (ə.)
nəql edir: “... Sonra o zühur edəcək. Sanki
Nəcəfdə başı üstündə dalğalanan ağ
bayraqları görürəm”. (“İsbatul-Hudat ”,
3/482, r.189);
7. Əbdül-Kərim Cəllab deyir ki, İmam Sadiqdin
(ə.) məhzərində idik. Bu zaman söhbət İmam
Qaimin (ə.) üstünə gəldi. Həzrət (ə.) buyurdu:
“Bilin ki, o qiyam etdiyi vaxt camaat belə
deyəcək: “Bu hardan çıxdı?! Bunun ki,
sümükləri belə çoxdan çürüyüb”. (“İsbatul-
Hudat ”, 3/533, r.467);
8. Əli ibn Əbu Həmzə İmam Sadiqdən (ə.) nəql
edir: “Qaim (ə.) qiyam edən zaman camaat
onu inkar edəcək. Ona görə ki, o bir cavan
mömin simasında olacaq. Bununla da Allah-
taalanın “Zərr aləmi”ndə əhd-peyman aldığı
şəxslərdən savayı heç kəs ona etiqadda
sabitqədəm qala bilməyəcək”. (“İsbatul-
Hudat ”, 3/536, r.483);
9. Seyf ibn Ümeyrə İmam Baqirdən (ə.) nəql
edir: “Qaim (ə.) qiyam edən zaman mömin
qəbrində bunu biləcək. Ona deyəcəklər ki,
sahibin zühur edib, ona qoşulmaq
istəyirsənsə qoşul, istəmirsənsə, elə bu
nemətlər içində qala bilərsən”. (“İsbatul-
Hudat ”, 3/574, r.721);
10. Ümmü Səid Əhməsiyyə deyir: “İmam
Sadiqə (ə.) dedim ki, mənə Qaimin (ə.) zühur
nişanələri haqda danışın”.
Həzrət (ə.) buyurdu: “Ey Ümmü Səid! Elə ki,
rəcəb ayında ayın tən yarısı bütünlüklə tutuldu
və həmin vaxt bir nəfər üzə çıxdı, bax, onda
Qaimin (ə.) zühur vaxtıdır” (“İsbatul-Hudat ”,
3/575, r.724).
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев