SƏN GETSƏN...
Sən getsən,gözümdən yuxu da qaçar,
Sən getsən,qalaram köməksiz,naçar.
Sən getsən ruhum da bədəndən uçar,
Məni də özünlə götür,gedirəm.
Sən getsən,bir cansız cismə dönərəm,
Sən getsən,tez yanıb,tez də sönərəm.
Sən getsən həsrəti necə yenərəm?!
Məni də özünlə götür,gedirəm.
Sən getsən yolunda qalacaq gözüm,
Sən getsən,tükənib,bitəcək sözüm.
Sən getsən,təkliyə mən necə dözüm?!
Məni də özünlə götür,gedirəm.
Sən getsən,əhvalım olacaq yaman,
Sən getsən,dönmənə varmı bir güman?!
Sən getsən,Fədakar,ölərəm,inan,
Məni də özünlə götür,gedirəm.