Nik1982-ci ildə Avstraliyada dünyaya gəlib. O, çox nadir rastlanan genetik pozuntu səbəbi ilə əlləri və ayaqları olmadan doğulmuşdu. Məktəbdə ona güldükləri üçün Nik, 10 yaşında intihar etməyə qərar verdi. Özünü suya atıb intihar etmək istəsə də, ailəsini çox sevdiyi üçün bunu bacarmadı və intihar fikrindən əl çəkdi.
Anasının oxuduğu bir hekayədən sonra isə onun həyatı tamamilə dəyişdi. O, komputerdən istifadə etməyi, tenis topu ilə oynamağı, saçını daramağı və hətta təraş olmağı belə öyrəndi. 17 yaşında olarkən o artıq danışığı ilə hamını heyran qoymuşdu. O, 18 yaşında ikən "Life Without Limbs" adlı bir dərnək qurdu. 21 yaşında isə kitab yazdı. Yazdığı kitab satış rekordları qırdı. Nik 25 yaşına gəldiyində artıq 25 ölkədə çıxış etmişdi. 29 yaşında isə o artıq 3 milyondan çox insana həyatın önəmindən bəhs etmişdi.
Uşaqlıq illərində təsəvvür belə edə bilmərsiniz ki, Nik və valideynləri hansı fiziki və mənəvi çətinliklərdən keçdilər. Nik öz çıxışlarında həmişə bunları deyir: "Həyatda elə şeylər olur ki, siz yıxılırsınız, lakin durmağa gücünüz olmur. İstəyirəm biləsiniz ki, uğursuzluq son deyil. Əsas odur ki, sonu necə olacaq. Əgər həyatdan küsməsəniz və özünüzə inamınız olsa siz güc tapıb ayağa qalxacaqsınız. İnsanlar məndən necə güldüyümü soruşurlar. Mənim kimi qolsuz və ayaqsız bir oğlan necə həyatı sevərək yaşayır?. Mən həyata küsmədim və əl çəkmədim. Mən xoşbəxtəm və yaşamağı sevirəm."
Nik 2012-ci ildə Kanae Miaxare adlı qız ilə evlənib. 1 uşağı var. Hal-hazırda onlar 2-ci uşağı gözləyirlər.
REBBIM bu gunumuze min wukur....
💕MeLeK💕
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев