Hicrətin 6-cı ilində Mədinə şəhərində Peyğəmbər ailəsində, 1-ci İmamımız İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb atanın ziynəti deməkdir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Xanım Zeynəb çox dözümlü, güclü, səbirli biri olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur. Bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik.
Mövludunuz mübarək!!!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев