FC Bayern Munich'nın futbolçusu Franck Ribéry zədələnib. Fransalı yarımmüdafiəçi bundesliqanın 32-ci turunda Borussia Mönchengladbach'a qarşı matçda zədə alıb. Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən sonra müəyyənləşəcək.
Arsène Wenger: "Biz zəif rəqiblərlə oyunlarda xal itirməklə çempionluqdan məhrum olduq. Bizim top-klublar üzərində uğurlu nəticələrimiz var. Amma evdə çətin şərtlərlə oynamalı olduq. Yalnız səfər oyunlarını hesaba alsaq, çempion olardıq. Bir qrup insanlar Arsenal azarkeşlərini manipulyasiya etməyə çalışır."
Daniel Sturridge: "Karyeramın sonuna kimi bu klubda oynamaq istədiyimi söyləyə bilmərəm. Düşünürəm ki, bir kluba sədaqət andı içən futbolçu hər kəsi azdıra bilər. Çünki komandalar müntəzəm olaraq heyətini yeniləyir. Mənim üçün əsas hədəf AÇ'da iştirak etmək üçün bütün gücümü ortaya qoymaqdır."
Santi Cazorla: Biz həmişə hücum edib qol vurmağa çalışırıq. Amma bəzən daha ağıllı hərəkət edib hesabda 1:0 öndə olanda müdafiəyə diqqət yetirmək lazımdır ki, 3 xalı qazanasan. Arsenal'ın bu mövsüm İngiltərə çempionu olmaq üçün yaxşı imkanı vardı. Bu şansı əldən buraxdığımıza görə çox məyus olduq."