” (Yəni Allahın insana təyin etdiyi ruzi hər nə cür olsa ona çatacaq, əsas odur ki, insan ruzini qaçırdan pis əməllərdən uzaq olsun.)
(Nəhcül-Fəsahə, s.305, hədis 2965)“Səhərlər yatmaq ruzinin bir hissəsini uzaqlaşdırır.”
(Həmin mənbə, hədis 2966)“Ruzi əldə etməyə və ehtiyaclarınızı ödəməyə səhərlər başlayın, səhərdə bərəkət və müvəffəqiyyət var.”
(Həmin mənbə, hədis 2971)“Ruzi hər şeydən daha tez səxavət olan evə çatar.”“Ruzini evlilikdə (nikah bağlmaqla)axtarın.”
(Həmin mənbə, hədis 3961)“Zina ruzini azaldar.”
(Xisal, s.321, hədis 3)“Pis əməllər yoxsulluğa, yaxşı əməllər isə ruzinin artmasına səbəb olar.”“İstiğfar (Allahdan bağışlanmaq istəmək) ruzini çoxaldar.”İmam Sadiqdən hədislər:” Yaxınlara və qohumlara baş çəkmək, onları yad etmək ruzini artırar, ömürü uzadar.”(Kafi, c.2, s. 151)“Qab-qaşığı yumaq və evin qapısının qarşısını süpürmək ruzinin artmasına səbəb olar.”
(Xisal,s.54, hədis 73)İmam Əli buyurur:” Kobud və əxlaqı pis olan şəxsin ruzisi az olar.”“Hər kəs təqvalı olsa, Allah ona çıxış yolu qoyar, və güman etmədiyi yerdən ruzi verər. Hər kəs Allaha təvəkkül etsə Allah ona (bütün işlərdə) bəs edər… (Təlaq surəsi, ayə 2, 3)
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев