Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var.
Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,
- Həyatının sevgisini qüruruna qurban verdiyini,
- Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.
***
Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,
- Binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,
- Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,
- Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.
***
Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,
- Soyuq olduğu üçün çimmədiyin dənizləri,
- İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,
- Televizor qarşısında boş yerə keçirdi