Qocalıq, xəstəlik bir bəhanədir.
İnsan tənhalıqdan ölür əzizim,
Bir qoca canını tapşıran zaman,
Bir körpə dünyaya gəlir əzizim.
Bir kökdən yaranıb eynidir bəşər,
İkicə millət var xeyir birdə şər,
Saxtadı sərhədlər və xəritlələr,
Dünyanı insanlar bölür əzizim.
Gərək hər bir insan sevilə, sevə.
Hərarət bəxş edir sevgi hər evə,
Şansını qaçırma taleh bir dəfə,
Adamın üzünə gülür əzizim.
Yeni bir həyatdır ölümün özü,
Ömürdən doymayır insanın gözü.
Buz kimi soyuqdur torpağın üzü,
Qar yağır izləri silir əzizim.
Dünyadan tez köçür çox darıxanlar,
İntizar gözlərlə yola baxanlar,
Bu yol eşq yoludur, yola çıxanlar,
Bu yolun sonunu bilir əzizim.
Gəl gülüm son qoyaq kədərə qəmə,
Qələm qaşlarını alım qələmə,
Gülüşün nur saçır bütün aləmə,
Dünya sən güləndə gülür əzizim.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 8