--------Anam yazıq səhər tezdən durardı,
Təndir üstə sacayağın qurardı,
Dədəm qalxıb bığlarını burardı,
Deyərdi ki, bircə iskan çay gətir
Qəndi də ki, şirinçayçun say gətir
Bacım tezcə dəm çaynikin alardı,Üç-dörd qaşıq quru çaydan salardı,
Nənəm də ki, mat-məəttəl qalardı,
Deyərdi ki, ay öy yıxan az işlət
Əlündəki ya müftədi ya rüşvət ?
Mal-qoyunu ötürərdim örüşə,Qardaşım da buyurardı hər işə
Gözləyərdim axşam vaxtı şər düşə,
Buzovumuzu gətirərdim hörükdən
Bircə sağol qazanardım böyükdən
Lil içində oynayardım yağışla,Anam ordan baxardı sərt baxışla
Deyərdim ki, qadoaylım bağışla,
Şalvarımı özüm yuyub sərəcəm
Deyərdi ki, yuduğunu görəcəm
Axşam olcaq əyləşərdik süfrəyə,Gözləyərdik qazanda ət üfrəyə
Bişən kimi yığılardıq dövrəyə,
Deyərdik ki, ay ana ver ətcədən
Dədəm derdi nə issirsüz Xəccədən
Yatan vaxtı boşaldardıq farmacı,Bir yatardıq yeddi qardaş, cüt bacı
Kasıb qaldıq, danışmadıq biz acı,
Bir qarnı ac, bir qarnı tox gülərdik
Bir almanı doqquz yerə bölərdik
Belə bilsək böyüməzdik bəlkə də,
İndi budee hərəmiz bir ölkədəÜstümüzdə daha yoxdu kölgə də,
Dədəm öldü anam qaldı vətəndə
Gülür mənə indi yoldan ötən də....
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев